Conference

BAKI VƏ REGİON GƏNCLƏRİNİN I ELMİ KONFRANSI

BAKI VƏ REGİON GƏNCLƏRİNİN I ELMİ KONFRANSI

Aprel 2023

Dəyərli gənc tədqiqatçılar! Sizi “Elm və gənclik” mövzusunda “Bakı və region gənclərinin l Elmi Konfransı”nda iştirak etməyə dəvət edirik.

Konfrans Proqramı Konfrans materİalları 2023

Dəyərli gənc tədqiqatçılar!

Sizi “Elm və gənclik” mövzusunda “Bakı və region gənclərinin l elmi konfransı”nda iştirak etməyə dəvət edirik.

 Elm fikirlərin, ideyaların, nəzəriyyələrin disskusiyası və müzakirəsi nəticəsində inkişaf edir, zamanla təkmilləşir. Elmin inkişaf etdirilməsi istiqamətində elmi seminarların, konfransların, simpoziumların keçirilməsi çox vacibdir. Bu zaman həyata keçiriləcək fikir mübadiləsi yeniliklərin yaranmasına səbəb ola bilər. Gənclərin elmi müzakirələrə cəlb edilməsi isə dövlətimizin inkişafına xidmət edəcək yüksək səviyyəli ixtisasçıların sayının artması deməkdir. Respublikamızda keçirilən konfranslar öz mahiyyətinə görə, əsasən magistratura və doktorantura dərəcəsində təhsil alan tələbələr üçün açıq olur. Əksər hallarda bakalavr tələbələri yazdıqları elmi işlə çıxış edəcək konfrans tapmaqda çətinlik çəkir və bu onların elmi işlərə olan motivasiyasının azalması ilə nəticələnir. Məhz bu baxımdan aldığı təhsil dərəcəsindən asılı olmayaraq yaş həddi 17-30 olan gənc elmi tədqiqatçıları konfransımızda iştirak etməyə dəvət edirik. Belə ki, gənc tədqiqatçılar öz elmi nailiyyətlərini tezis ilə müzakirəyə təqdim etmək imkanı əldə edəcəklər.

HAQQINDA

Bakı və region gənclərinin I Elmi Konfransı gənclərin maarifləndirilməsini əsas tutaraq həyata keçirilən layihədir. Elmin, texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi dövrdə araşdırma etmək, tezis müəllifi olaraq konfranslarda iştirak etmək və günümüzdə baş verən elmi araşdırmaların müzakirəsindən xəbərdar olmaq vacib şərtlərdən biridir. Layihənin əsas məqsədi konfrans vasitəsilə gənclərin elmi fəaliyyətə yönləndirilməsini dəstəkləmək və onlar arasındakı tədqiqat şəbəkəsini (research networking) inkişaf etdirməklə elmin inkişafına töhfə verməkdir. Konfrans 6 fakültə (Biologiya, Fizika, Kimya, Mexanika-riyaziyyat, Tətbiqi-riyaziyyat və kibernetika, Sosial elmlər və Psixologiya) olmaqla 5 müxtəlif istiqaməti əhatə etmişdir :
• İnsan və bioloji aləm
• Nəzəri və tətbiqi fizika məsələləri
• Ətraf aləm kimya yanaşması ilə
• Dəqiq riyazi və tətbiqi elmlərin günümüzdə rolu
• Müasir texnoloji vasitələrin insan psixologiyasına təsiri

Konfransın mühüm tarixləri

Son qeydiyyat tarixi:
31.03.2023

Tezislərin son qəbul tarixi:
08.04.2023

Konfrans tarixi:
20.04.2023

Təşkilatçı Qurumlar

-İSTİQAMƏTLƏR-

Biologiya


Molekulyar biologiya və biotexnologiyalar
Biofizika, nanobiotexnologiya və biokimya
Zoologiya və fiziologiya
Botanika və bitki fiziologiyası
Genetika
Mikrobiologiya

Kimya


Ümumi və Qeyri üzvi kimya
Üzvi kimya
Neft – Qaz mühəndisliyi, kimya mühəndisliyi, kimyanın tədrisi metodikası
Fiziki və kolloid kimya

Fizika


Nəzəri fizika, yarımkeçiricilər fizikası
Tətbiqi fizika (Mühəndis fizikası) – Robototexnika və mexatronika mühəndisliyi, IoT əsaslı layihələr, ağıllı şəhər & kənd konsepsiyası əsaslı layihələr
Alternativ (bərpa oluna bilən enerji) sistemləri – Renewable Energy Systems
Nanotexnologiya və onun tətbiqləri

Kompüter elmləri


İnfromasiya texnologiyaları və proqramlaşdırma, süni intellekt təlimi (Pyhton)
İnformatika, Data Science, mobil tətbiq və oyunların hazırlanması, dizaynı
Komputer elmləri və texnologiyaları, informasiya sistemləri
Nəzəri mexanika və bütöv mühit mexanikası
Riyazi analiz
Diferensial və inteqral tənlikər
Funksiyalar və funksional analiz

Psixologiya


Ümumi psixologiya
Klinik psixologiya
Uşaq psixologiyası
Sosial psixologiya
Pedaqoji psixologiya
Hüquq psixologiyası

MƏKAN

Bakı Dövlət Universiteti

Tel. +994503843685

Qaydalar və Sənədlər

Tezis qaydaları və nümunəsi